Ru
22:18 / 19 Oktyabr 2026

Navainin vəkili danışdı: "Təqsirini boynuna alıb-almamaq öz ixtiyarındadır"

Navainin vəkili danışdı: "Təqsirini boynuna alıb-almamaq öz ixtiyarındadır"
Eye

Qazaxıstan sərhədində qadağan olunmuş maddələrlə saxlanılan azərbaycanəsilli rusiyalı repçi Navainin (əsl adı - Nəvai Bəkirov) istintaq təcridxanasındakı vəziyyəti məlum olub.


"Bakupost" REN TV-yə istinadən xəbər verir ki, ifaçının vəkili Rəna Kərimova müdafiə tərəfinin mövqeyi və sənətçinin vəziyyəti haqqında danışıb.

"Navainin işləri çox yaxşıdır. Bu gün onun yanında idim. Hər şey əladır. O, ən yaxşı nəticəyə ümid edir", - deyə Kərimova bildirib.

Vəkilin sözlərinə görə, sənətçi istintaq təcridxanasında kitablar oxuyur və şeirlər yazır. Saxlanma şəraitini şərh edən vəkil insident zamanı ifaçının avtomobildə tək olmadığını vurğulayıb:

"Yalnız onu deyə bilərəm ki, o, maşında tək deyildi. Bunu hər kəs öz üzərinə götürə bilərdi, lakin Navai bunun belə olmasını daha üstün tutdu. Mənim subyektiv fikrim - onun təqsirkar olmadığını düşünürəm. Lakin təqsirini boynuna almaq və ya almamaq Navainin öz ixtiyarındadır", - deyə o əlavə edib.

Hüquq müdafiəçisi Bəkirovun yaxın gələcəkdə azadlığa buraxılma perspektivlərini yüksək qiymətləndirib və prosesin adi rejimdə davam etdiyini bildirib. Sənətçinin həbsi səbəbindən təşkilatçılar onun planlaşdırılan konsertlərini ləğv etməyə başlayıblar.

Xatırladaq ki, oktyabrın 14-də Navai Qazaxıstana keçmək istəyərkən "Korday" keçid-buraxılış məntəqəsində saxlanılıb və avtomobilində narkotik vasitələr tapılıb. Sənətçinin anası Aynur Bəkirova oğlunun saxlanılmasını təxribat adlandırıb. Oktyabrın 15-də isə məhkəmə onun barəsində narkotik qaçaqmalçılığı maddəsi üzrə həbs qətimkan tədbiri seçib. Reperi 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar