Ru
17:41 / 16 Yanvar 2026

Naxçıvan RQİİ-də Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki konfransı keçirilib - FOTO

Naxçıvan RQİİ-də Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki konfransı keçirilib - FOTO
Eye

“Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin inzibati binasında Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki konfransı keçirilib.

Konfransda “Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının nümayəndəsi Şahin Qulamov, həmçinin Birliyin Naxçıvan RQİİ-nin məsul şəxsləri iştirak ediblər.

Görüş çərçivəsində təşkilatın 9 nəfərdən ibarət idarə heyəti seçilib. İdarə heyətinin üzvü Elyar Əliyev “Azəriqaz” İB-nin Naxçıvan RQİİ üzrə Həmkarlar Təşkilatının sədri seçilib.

Tədbirdə çıxış edən Ədalət Qurbanov Həmkarlar İttifaqının əməkdaşların sosial hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması və kollektivin rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb, yeni seçilən idarə heyətinə və sədrə fəaliyyətlərində uğurlar arzulayıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar