Ru
13:47 / 29 İyun 2026

Naxçıvanda avtobuslar kart sisteminə keçir

Naxçıvanda avtobuslar kart sisteminə keçir
Eye

Naxçıvan Muxtar Respublikasında ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində növbəti mühüm addım atılır.

Bakupost.az Nuhçıxan-a istinadla xəbər verir ki, bu çərçivədə Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC tərəfindən ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqi ilə bağlı təlimlərə başlanılıb.

Yeni sistem gediş haqqının bank kartları və xüsusi nəqliyyat kartları vasitəsilə ödənilməsinə imkan yaradaraq ödəniş prosesini daha rahat, operativ və şəffaf edəcək.

Layihənin uğurla həyata keçirilməsi məqsədilə avtobus sürücüləri və aidiyyəti əməkdaşlar üçün xüsusi təlimlər təşkil olunur. Təlimlər zamanı ödəniş terminallarından düzgün istifadə qaydaları, sərnişinlərə xidmət standartları, eləcə də yeni sistemin texniki və funksional xüsusiyyətləri barədə ətraflı məlumat verilir.

İlkin mərhələdə nəqliyyat kartlarının satışı və kart balansının artırılması Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin şəhər ərazisində fəaliyyət göstərən bütün poçt şöbələrində həyata keçiriləcək. Gələcək mərhələlərdə isə bu xidmət şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Nağdsız ödəniş sisteminin tətbiqi nəqliyyat sahəsində rəqəmsal transformasiya prosesinin mühüm tərkib hissəsidir. Bu yenilik həm maliyyə əməliyyatlarının şəffaflığını artıracaq, həm də sərnişinlər üçün daha təhlükəsiz, sürətli və rahat xidmət mühiti formalaşdıracaq.

Yeni sistemin tətbiqi ictimai nəqliyyat xidmətlərinin müasir standartlara uyğunlaşdırılmasına, vətəndaş məmnuniyyətinin artırılmasına və rəqəmsal xidmətlərin genişləndirilməsinə mühüm töhfə verəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar