Ru
17:18 / 11 Fevral 2026

Naxçıvanda mebel sexi yandı - FOTO

Naxçıvanda mebel sexi yandı - FOTO
Eye

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.


Bakupost.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində baş vermiş yanğının genişlənərək yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 378 m² olan obyektin 330 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanıb, sexin 48 m²-lik otağı içərisindəki əşyalarla birlikdə və sexə bitişik 3 fərdi yaşayış evi yanğından mühafizə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar