Ru
23:55 / 14 Sentyabr 2021

Nazir “Azəriqaz”ın rəhbəri ilə görüşdü

Nazir “Azəriqaz”ın rəhbəri ilə görüşdü
Eye

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə “Azəriqaz” İstehsalat Birliyi (İB) arasında birgə işçi görüş keçirilib.

“Azəriqaz” İstehsalat Birliyindən Bakupost.az -a verilən məlumata görə, görüşdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və digər məsul şəxslər iştirak edib.

İşçi görüşdə respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən və təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması, bu yönümdə perspektiv fəaliyyət planının hazırlanması məsələləri geniş müzakirə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar