Ru
18:13 / 06 Sentyabr 2025

Nazir barədə yalan xəbər yayan baş redaktor həbslə hədələndi

Nazir barədə yalan xəbər yayan baş redaktor həbslə hədələndi
Eye

Almatı Prokurorluğu Qazaxıstan xarici işlər naziri Murat Nurtleunun saxlanması ilə bağlı xəbərlər dərc edən “Orda” portalının baş redaktoruna cinayət məsuliyyəti barədə xəbərdarlıq etdiyini bildirib.

Bakupost.az xəbər verir ki, qurum onun Cinayət Məcəlləsinin müvafiq maddəsiz üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrum edilə biləcəyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 4-də “Orda” Nurtleunun, eləcə də Milli Təhlükəsizlik Komitəsinin bir sıra əməkdaşlarının və iş adamı Hacı Hacıyevin saxlanıldığını iddia edib. Məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyi rəsmən təkzib edib və bunu nəşrin jurnalist etikasının pozulması kimi qiymətləndirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar