Ru
13:03 / 05 İyun 2026

Nazir bu vəzifəni Elçin Vəliyevə həvalə etdi - FOTO

Nazir bu vəzifəni Elçin Vəliyevə həvalə etdi  - FOTO
Eye

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub. Elçin Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar