Ru
19:28 / 06 Oktyabr 2026

Nazir müavini təyin edilən Fazil Məmmədov kimdir? - DOSYE

Nazir müavini təyin edilən Fazil Məmmədov kimdir? -  DOSYE
Eye

Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət nazirinə yeni müavin təyin edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.

Oktyabrın 6-da C.Musayev F.Məmmədovu kollektivə təqdim edib.

"Bakupost" Oxu.Az-a istinadla Fazil Məmmədovun dosyesini təqdim edir:

Fazil Məmmədov 25 sentyabr 1970-ci ildə anadan olub. O, mühəndis-texnoloq və inzibati idarəetmə ixtisasları üzrə ali təhsil alıb.

1994-2025-ci illərdə müxtəlif özəl şirkətlərdə, "Azərkimya" Dövlət Şirkətində, həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman, İqtisadiyyat və Energetika nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

F.Məmmədov son təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində fəaliyyət göstərib.

O, dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.

Fazil Məmmədov ailəlidir, iki övladı var.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar