Ru
18:31 / 26 İyun 2026

Nazir onu BDU-ya prorektor təyin etdi - FOTO

Nazir onu BDU-ya prorektor təyin etdi -  FOTO
Eye

Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub.


Bakupost.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi Ramazanlı işləyib. O, bir müddət əvvəl tutduğu postdan azad edilib.

Xatırladaq ki, 2021-ci ilin iyulunda BDU-nun əsas korpusunda o zaman rektorun maliyyə məsələləri üzrə müşaviri olan Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev tərəfindən bıçaqla xəsarət yetirilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar