Ru
21:55 / 30 İyun 2026

Nazir UFC-də çıxış edən azərbaycanlı idmançılarla görüşdü

Nazir UFC-də çıxış edən azərbaycanlı idmançılarla görüşdü
Eye

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda ikinci dəfə keçirilən "UFC Fight Night" turnirində Azərbaycanı təmsil edən idmançılar – Rafael Fiziyev, Nazim Sadıxov, Fərman Həsənov və Tahir Abdullayevlə görüşüb.

Bakupost.az xəbər verir ki, söhbət zamanı idmançıların turnirdəki çıxışları, yarışla bağlı təəssüratları və gələcək planları müzakirə olunub.

Fərid Qayıbov onları nümayiş etdirdikləri mübarizəyə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, iyunun 27-də Bakıda keçirilən "UFC Fight Night" turnirində Azərbaycan təmsilçilərindən Rafael Fiziyev, Fərman Həsənov və Tahir Abdullayev qələbə qazanıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar