Suriyanın nəqliyyat naziri Yərub Bədr yeni tikilmiş magistral yolun keyfiyyətini maraqlı üsulla yoxlayıb.
"Bakupost" Milli.Az-a istinadla xəbər verir ki, nazir yolun hamar olub-olmadığını su ilə dolu stəkan vasitəsilə sınaqdan keçirib.
Belə ki, Yərub Bədr su ilə doldurulmuş stəkanı avtomobilinə yerləşdirərək yeni salınmış yolda hərəkət edib. Səfər boyunca stəkandakı suyun tökülmədiyini görən nazir "Yaxşı yol çəkiblər" deyib.
Suriyalı nazirin bu sınağı sosial mediada diqqət çəkib. İstifadəçilər onun yolun keyfiyyətini bu üsulla yoxlamasını maraqla qarşılayıblar.