Ru
21:45 / 21 Aprel 2026

Nazirlər Kabineti QƏRAR VERDİ - 3 ay müddətində...

Nazirlər Kabineti QƏRAR VERDİ - 3 ay müddətində...
Eye

Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları çağrı xidmətlərinin “108” Çağrı Mərkəzində təşkili məqsədilə müvafiq məlumatları (sənədləri) 3 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməli və qoşulma ilə bağlı digər zəruri tədbirlər görməlidirlər.

Bakupost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər öz vəsaitləri hesabına (fəaliyyətlərindən əldə olunan gəlirlər nəzərə alınmaqla) 5 ay müddətində çağrı mərkəzlərini yaratsınlar və ya müqavilə əsasında çağrı xidmətlərinin göstərilməsini təşkil etməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

- Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çağrı xidmətlərinin “108” Çağrı Mərkəzi vasitəsilə göstərilməsini təmin etməli;

-“108” Çağrı Mərkəzinin maddi-texniki təminatı üçün zəruri olan maliyyə vəsaiti ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyi Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.

Şərhlər
  • Əmrah Callad Cəlilov

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) Hörmətli Ombudsman Aparatı, Mən, Cəlilov Əmrah Callad oğlu, 44 günlük Vətən müharibəsi şəhidi Tural Cəlilov Callad oğlunun qardaşı olaraq Sizə müraciət edirəm. Qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə şəhid qardaşımın təhqir olunması ilə bağlı ciddi hüquq pozuntuları baş vermişdir. Bu məsələ ilə əlaqədar olaraq bütün sübut və dəlilləri toplayaraq Qəbələ Rayon Məhkəməsinə və Şəki Apellyasiya Məhkəməsinə təqdim etmişəm. Lakin təəssüf hissi ilə bildirirəm ki, bu iş üzrə qəbul edilən qərarları ədalətsiz və qərəzli hesab edirəm. Şəhidlərin xatirəsinə hörmət Azərbaycan Respublikasında ali dəyərdir. Sosial şəbəkələrdə şəhidin təhqir olunması həm mənəvi, həm də hüquqi baxımdan yolverilməzdir. Bu cür halların araşdırılmadan qalması cəmiyyətdə ciddi narahatlıq yaradır. Sizdən xahiş edirəm ki, qeyd olunan məsələni öz nəzarətinizə götürəsiniz, işin hərtərəfli və obyektiv araşdırılmasına köməklik göstərəsiniz, həmçinin şəhid qardaşımın hüquqlarının və onun xatirəsinin hüquqi müdafiəsinin təmin olunmasına dəstək verəsiniz. İnanıram ki, ədalət öz yerini tapacaq və şəhidlərimizin müqəddəs xatirəsi hər zaman dövlətimiz tərəfindən qorunacaqdır. Hörmətlə, Cəlilov Əmrah Callad oğlu tarix:23.04 .2026

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar