Özünü “Dr. Gülü” kimi təqdim Gülbədə Abdullayevanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Yeni Sabah-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının fəaliyyət göstərdiyi “Billur Estetik” təsərrüfat subyektində plandankənar yoxlama keçirilib:
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq adıçəkilən təsərrüfat subyektində araşdırma aparılıb və mayın 5-də Bakı şəhəri, Nəsimi rayonu, Sarablinski küçəsi 41 ünvanda yerləşən fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının fəaliyyət göstərdiyi “Billur Estetik” təsərrüfat subyektində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı aşkarlanan nöqsanlara görə aidiyyəti şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1 maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq icraata göndərilib”.
Səhiyyə Nazirliyinin məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, Gülbədə Abdullayeva “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda deyil və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsi yoxdur:
“Buna görə də onun və onunla əməkdaşlıq edən şəxslərin əhaliyə tibb xidməti göstərməsi qanunla qadağan olunur və qanun pozuntusu hesab edilir.
Mərkəz tərəfindən aidiyyəti şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirlərin görülməsi də davam etdirilir.
Analitik Ekspertiza Mərkəzi bir daha vurğulayır ki, tibb fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq ixtisas və rəsmi icazə tələb olunur. Bu qaydalara əməl etməyən şəxslərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək”.
Bildirilib ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşların müraciətlərinə operativ və obyektiv reaksiya vermək, əhalinin sağlamlığının qorunması və qanunsuz tibbi fəaliyyətin qarşısının alınması istiqamətində öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri görür.
Qeyd edək ki, ötən il “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan G.Abdullayevanın yenidən həkimlik fəaliyyətinə başlamasına dair iddialar yayılmışdı. Məlumata görə, özünü “Dr. Gülü” kimi təqdim edən G.Abdullayeva hazırda “Billur Estetik Mərkəz” adı altında fəaliyyət göstərən məkanda müxtəlif estetik prosedurlar həyata keçirir. Burada qanunsuz şəkildə liposaksiya, bədən şəkilləndirmə, üz nahiyəsinə müdaxilələr, o cümlədən qaşqaldırma və üzgərmə əməliyyatları icra olunur.
TeleVizorlardan öncə özümü oturaq (fəal-ayaq üstə yox, tənbəl sayan da) zəif sürətlə də olsa gün ərzində yerişdə olur, oturanda da kitablardan hadisə və münasibətləri oxuyur izləyir, bədii radio verilişlərini izləyir, görüntüsüz müsiqi dinləməkcə ruhumuz yetərincə dinlənir, hər kələfi aydınlatır, SAYIQlaşdırır və yorğunluğumuz da sürətlə keçirdi!!! Hazırda, səhər açılmamış TV, telefon, bir neçə də deyil, adətən azı beş-on nəfərlə ən azı iş və yaxın-qohumluq təmasları istən yüksək ya tərsinə əhvalla adamın beynini, qanını, nəticədə orta yaşdan yuxarıların qanını vulkan təzyiqinə (konfuza) qədər qaldıra bilir.? Bəzi az məşğul araçı (möhtəkir, bicnesmen düşüncəlilər fürsətdən sui istifadə edirlər. Keçmiş asudə 1984cü ildə hər iki əlimdə əşyalar olduğundan yıxılanda burnumun qığırdağı (xirtmiyi) sınmışdı. Bir həftəyə ağrılar keçəndən sonra, xəstəxanada təkrar yoxlamadan keçdim ki, salamatlıqdır! Lifdlə düşürdüm ki, bir göyçək qadın (xanım, qız) tibb bacısı, ya sanitarka təklif etdi ki, çox yüksək səviyyəli həkim-cərrah-sınıxçı elə düzəldir ki, heç bir əyrilik qalmır! 25-50 manat nədir ki? Sınıqçı həkim mənim burnumu, bütün sinirlərimi, çoxdan keçmiş ağrılarımı yarım saatlığa və daha beş günlük özümə qaytarmışdı? Amma, həmin ağrıya əlavə dözülməz yarımsaatlıq və sonra daha bir həftə ağrı əlavə etmiş estetik əməlin-masajın burnumda formaca heç bir millimetr dəyişmədiyini elə liftlə düşərkən müşahidə etdim. Geri qayıdıb: daha dözülməz ağrıdan ay saxtakar lar, heç nə dəyişməyib, ödənişimi geri qaytarın! deməyə taqətim çatmadı? Deyəcəkdilər: İndi şişlidir, ağrı ilə çəkiləndan sonra əyrin də *kukla* olacaq!* Yarım əsr keçib, heç nə də nəfəsimi belə rahatlamayıb?