Ru
20:36 / 12 Oktyabr 2026

Nazirlikdən pensiya artımları ilə bağlı - Rəsmi məlumat

Nazirlikdən pensiya artımları ilə bağlı - Rəsmi məlumat
Eye

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pensiya ödənişlərinə 5 milyard 874 milyon manat vəsait yönəldilib.


Bu barədə "Bakupost"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 10 % və ya 548 milyon manat çoxdur.

Cari ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. Oktyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.

Nazirlikdən qeyd olunub ki, yanvar-sentyabr aylarında 28 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 206 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar