İrana hücum riski səbəbindən neft tankerlərinin qiymətləri rekord səviyyəyə yüksələ bilər.
Bakupost.az “Bloomberg”ə istinadla xəbər verir ki, ABŞ-nin İrana hücum riski artdığı üçün tanker icarəsi qiymətləri son onillikdə ən yüksək həddə çatıb.
Xam neftin Yaxın Şərq – Çin marşrutu üzrə daşınması üçün tankerlərinin gündəlik gəliri bu il, demək olar ki, üç dəfə artaraq 151 208 dollara çatıb. Bu 2020-ci ildən bəri ən yüksək göstəricidir.
Hesabatda bildirilir ki, İrana gözlənilən hücum Hörmüz boğazında neft daşımalarını poza və gəmilərin icarəsi zamanı risk xərcini yüksəldə bilər.
“Yaxın Şərqdə hərbi əməliyyatlar ehtimalı tankerlərin icarə qiymətlərini 2019-cu ildən bəri görünməyən səviyyəyə qaldıracaq”, – deyə Anup Sinx açıqlayıb.
Nəşr həmçinin vurğulayıb ki, gəmi təklifinin azalması və tanker bazarında konsolidasiyanın güclənməsi qiymətlərin yüksəlməsini gücləndirir.
Yasəmən