Ru
17:21 / 21 Yanvar 2026

Neft Fondundan 1,4 milyard dollarlıq saziş

Neft Fondundan 1,4 milyard dollarlıq saziş
Eye

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” şirkəti arasında 1,4 milyard dollara qədər dəyəri olan uzunmüddətli strateji əməkdaşlıq sazişi imzalanıb.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, sözçüsünün məlumatına görə, saziş Davosda keçirilən görüş çərçivəsində imzalanıb. Razılaşmaya əsasən, ARDNF qarşıdakı 3-4 il ərzində “Brookfield” tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə vəsait yatırmaq imkanlarını qiymətləndirəcək.

Tərəflər həmçinin Azərbaycanın enerji keçidi, bərpa olunan enerji və rəqəmsal infrastruktur kimi sahələrdə investisiya potensialını araşdıracaq.

1999-cu ildə yaradılan ARDNF son illər Avropadakı investisiya portfelini genişləndirib. Fond ötən ilin iyulunda ABŞ-ın bərpa olunan enerji şirkəti “Enfinity Global”a məxsus İtaliyadakı günəş elektrik stansiyalarının 49% payını əldə edib. Bundan əlavə, 2025-ci ilin oktyabrında Londondakı “Gatwick” hava limanına 66 milyon dollar həcmində investisiya yatırılıb.

Rəsmi məlumatlara görə, 2025-ci ilin oktyabrına olan son göstəricilərə əsasən, ARDNF-ın ümumi aktivləri 70,16 milyard dollar təşkil edib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar