Neft 2026-cı ildə qlobal neft tələbinin artımı ilə bağlı proqnozların aşağı salınmasından sonra 1 dollardan çox ucuzlaşıb.
“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 1,5% azalaraq 87,69 dollar, ABŞ-nin “WTI” markalı neftinin qiyməti isə 1,6% azalaraq 81,97 dollar olub.
“OPEC” 2026-cı il üzrə qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu gündəlik 580 min barrelə endirib. Beynəlxalq Enerji Agentliyi isə İran müharibəsinin yanacaq tədarükünü məhdudlaşdırması və qiymətləri artırması səbəbindən bu il qlobal neft istehlakının gündəlik 1,6 milyon barrel azalacağını gözləyir.
ABŞ-də neft ehtiyatlarının gözləniləndən daha çox artması da qiymətlərə təzyiq göstərib. Ölkənin kommersiya xam neft ehtiyatları 7 avqustda başa çatan həftədə 17,4 milyon barrel artaraq 424,4 milyon barrelə çatıb. Bu, 2023-cü ilin yanvarından bəri ən böyük həftəlik artımdır.
Bununla yanaşı, İran və ABŞ arasında danışıqlarda irəliləyiş əldə olunmaması neftin daha da ucuzlaşmasının qarşısını alır.
Vüsalə Hüseynova,
BakuPost