“Neftçi”nin zəifləməsinin əsas səbəbi nədir? – AÇIQLAMA / VİDEO
162
“İlk növbədə “Neftçi” klubunun bu vəziyyətdə zəif mərhələdə olması futbolsevərləri üzür. Azərbaycan Premyer Liqasının səviyyəsini bir az aşağı salır”.
Bu fikirləri Bakupost.az-a açıqlamasında “Vətən” klubunun məşqçisi Vüsal Buludlu bildirib.
Onun sözlərinə görə, “Neftçi” klubunun vəziyyətinin yaxşı olması həmişə Azərbaycan Premyer Liqasının səviyyəsini qaldırıb və Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında iştirak edən komandalar üçün də faydalı olub:
“Hazırda “Qarabağ” futbol klubu Çempionlar Liqasında iştirak edir. Yəni o səviyyədə, o tempdə Azərbaycan Premyer Liqasında olan komandalar oynasa, bu, “Qarabağ”ın və ümumilikdə futbolumuzun inkişafına gətirib çıxara bilər. “Neftçi”nin bu vəziyyətdə olmaması məncə vahid sistemin olmamasına görədir. Tez-tez məşqçilər dəyişilir,hər məşqçinin də öz oyun üslubu var və həmin üsluba görə futbolçuları transfer edir. Bu zaman öz oyun üslubuna uyğun oyunçu tapmadıqda və yaxud hansısa sistemi formalaşdırmaq üçün müəyyən zaman lazım olduqda, o zaman ona verilməyəndə belə uğursuzluqlar yarana bilir”.