Ru
09:27 / 23 Oktyabr 2026

Neftin qiyməti 114 dolları ötdü

Neftin qiyməti 114 dolları ötdü
Eye

“Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti Londonun ICE birjasında bir barel üçün 114 dolları ötüb. Bu, 2026-cı il mayın 5-dən bəri qeydə alınan ən yüksək göstəricidir.


"Bakupost" xəbər verir ki, hərrac məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 05:52-də “Brent” markalı neftin qiyməti 0,78 faiz artaraq bir barel üçün 114,05 dollara çatıb.

Saat 06:01-də isə qiymət artımı sürətlənərək 1,37 faizə yüksəlib və bir barel üçün 114,72 dollar təşkil edib.

Eyni zamanda, noyabr ayı üzrə çatdırılma ilə “WTI” markalı neftin fyuçerslərinin qiyməti 3,93 faiz artaraq bir barel üçün 100,97 dollara yüksəlib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar