Ru
19:27 / 23 Fevral 2026

Neftin qiyməti düşür

Neftin qiyməti düşür
Eye

Omanın ABŞ-İran danışıqların üçüncü raundunun bu həftə Cenevrədə davam edəcəyini açıqlamasından sonra neft qiymətləri düşür.

Bakupost.az xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın İranı hərbi hücumla hədələməsi qlobal neft bazarına təsirsiz ötüşməyib.

Danışıqlardan sonra geosiyasi mühit bir qədər sabitləşib və neft qiymətlərin azalmasına təsir göstərib.

Qeyd edək ki, ABŞ və İran arasında dolayı danışıqların üçüncü raundu cümə axşamı günü Cenevrədə keçiriləcək. Danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcəklər.

Ekspertlər Trampın İranla bağlı hərəkətlərinin gözlənilməz olduğunu bildirirlər. Fordham Global Foresight şirkətinin təsisçisi Tina Fordhamın sözlərinə görə, Trampın növbəti addımlarını proqnozlaşdırmaq mümkün deyil.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar