ABŞ-nin Energetika Nazirliyi 2025-ci ildə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu 0,86% artıraraq bir barel üçün 67,22 dollardan 67,8 dollara çatdırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.
Bununla yanaşı, departament OPEC+ “səkkizliyi”nin neft hasilatını artırması və qlobal ehtiyatların artması səbəbindən “Brent” markalı neftin qiymətinin avqustda 68 dollar/bareldən bu ilin dördüncü rübündə 59 dollar/barelə düşəcəyini proqnozlaşdırır.
ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 2026-cı ildə Brent neftinin qiyməti orta hesabla 51 dollar/barel olacaq. Qurumun ekspertlərinin fikrincə, 2026-cı ilin əvvəlində aşağı neft qiymətləri nəticəsində həm OPEC+ ölkələri, həm də bir sıra digər istehsalçılar tədarükü azaldacaq.