Ru
13:48 / 07 Oktyabr 2026

Neftin qiyməti ilə bağlı yeni proqnoz: Nə qədər bahalaşacaq?

Neftin qiyməti ilə bağlı yeni proqnoz: Nə qədər bahalaşacaq?
Eye

Enerji İnformasiya Administrasiyası (EİA) Yaxın Şərqdəki neft tədarükü itkiləri və dizel bazarındakı sıxlıq səbəbindən neft qiyməti proqnozlarını artırıb.

“Bakupost” xəbər verir ki, EİA bu ilin dördüncü rübündə “Brent” neftinin orta qiymətinin bir barel üçün 105 dollar olacağını proqnozlaşdırıb. Bu göstərici əvvəlki proqnozdan 14 dollar yüksəkdir.

EİA bu il “Brent” neftinin orta qiymətinin 96,32 dollar, “WTI”nin isə 88,21 dollar olacağını gözləyir. Əvvəlki proqnozlarda bu rəqəmlər müvafiq olaraq 91 və 84,65 dollar olub.

2027-ci il üçün də proqnozlar artırılıb. “Brent” neftinin orta qiymətinin 83,74 dollar, “WTI”nin isə 79,74 dollar olacağı gözlənilir.

Bununla belə, EİA 2027-ci ildə neft qiymətlərinin düşəcəyini proqnozlaşdırır. Yaxın Şərqdə neft hasilatı və ixracının tədricən bərpa olunması ilə qlobal ehtiyatların artacağı və qiymətlərin azalacağı gözlənilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar