Ru
22:27 / 09 Sentyabr 2025

Nepalda 570-dən çox məhbus həbsxanadan qaçdı

Nepalda 570-dən çox məhbus həbsxanadan qaçdı
Eye

Nepalın Mahottari rayonundakı Jaleşvar həbsxanasından ölkədəki kütləvi iğtişaşlar fonunda 570-dən çox məhbus qaçıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Кhabarhub" portalı məlumat yayıb.

Bildirilib ki, etirazçılar cəzaçəkmə müəssisəsinin hasarlarını sındırıblar. Həbsxana nəzarətçiləri müdaxilə edə bilməyib.

Qeyd edək ki, Nepalın paytaxtı və digər şəhərlərində hökumət əleyhinə iki gündür iğtişaşlar davam edir. Baş nazir Şarma Oli istefa verib. Etirazçılar bir sıra dövlət qurumlarının, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluğun binalarını yandırıblar. Siyasətçilərin və məmurların evlərinə hücumlar edilib. Ölkənin keçmiş baş nazirinin həyat yoldaşı öldürülüb.

Hindistan etirazlar fonunda Nepalla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

Etirazlara səbəb Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarı olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar