Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
"Bakupost" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.