Ru
23:05 / 12 Dekabr 2025

Nərimanın atasından tənqidlərə CAVAB: Artıq-əskik yazmaq...

Nərimanın atasından tənqidlərə CAVAB: Artıq-əskik yazmaq...
Eye

Tənqid eləməyə bir söz demirəm. Tənqid onun xeyrinədir. Amma artıq-əskik yazmaq olmaz axı. Ayıbdır. Biz hamımız azərbaycanlıyıq. Niyə eyni millət olduğumuz halda bir-birimizə bu cür münasibət bəsləyirik?


Bakupost.az xəbər verir ki, bunu Sportinfo.az-a geniş müsahibəsində Çempionlar Liqasının əsas mərhələsində “Ayaks”a məğlubiyyətdən sonra (2:4) “Qarabağ”ın ən çox tənqid olunan oyunçusu Nəriman Axundzadənin atası Əhməd Axundov deyib.


O, hazırda Almaniya klubunda çıxış edən Mahir Emrelinin də eyni yolu keçdiyini bildirib:


"Bir vaxtlar ona qarşı da belə münasibət var idi. Açığı, Nərimanın da xaricə getməyini istəyirəm. Özünə də demişəm. Təklifləri də olub. Xeyirlisi nədirsə, o da olsun. Əlbəttə, baş verənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Mənə elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun. Haqqı nahaqqa vermək olmaz. Bir insanın üzərinə getmək düzgün deyil. Bütün komanda uduzub axı. Bir nəfərin üzərin niyə düşsünlər ki? Bunu başa düşə bilmirəm. Nəriman kimə nə edib? Kimi söyüb, təhqir edib? Belə şey ola bilməz. Meydanda səhvi ola bilər, səhvsiz insan yoxdur. Qərəzli tənqid etmək, şəxsiyyətə toxunmaq olmaz”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar