Ru
12:59 / 21 İyul 2026

“Nestle”nin 12 ton şokoladı oğurlandı, qazanan yenə özü oldu

“Nestle”nin 12 ton şokoladı oğurlandı, qazanan yenə özü oldu
Eye

İsveçrənin “Nestle” şirkəti İtaliyadan Polşaya daşınarkən oğurlanan 12 ton “KitKat” şokoladı ilə bağlı hadisəni uğurlu marketinq kompaniyasına çevirib.

“Bakupost” xəbər verir ki, şirkət oğurluq hadisəsini gizlətmək əvəzinə, sosial şəbəkələrdə zarafatla paylaşaraq geniş ictimai maraq yaradıb. Paylaşım qısa müddətdə yüz minlərlə bəyənmə toplayıb.

Daha sonra “Nestle” istifadəçilərə məhsulun oğurlanan partiyaya aid olub-olmadığını yoxlamağa imkan verən xüsusi izləmə sistemi hazırlayıb. Kampaniya nəticəsində 2,2 milyondan çox istifadəçi bu platformadan yararlanıb, “KitKat”ın gündəlik sosial media baxışları isə 1 milyondan 29 milyona yüksəlib.

Şirkətin məlumatına görə, kompaniya cəmi 10 gün ərzində reklam ekvivalenti baxımından təxminən 224 milyon dollarlıq media dəyəri yaradıb.

“Nestle” rəsmiləri bildiriblər ki, bu təcrübə gözlənilməz hadisələrə çevik reaksiya verməyin brendlər üçün mühüm üstünlük yaratdığını göstərir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar