İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) elan olunmamış səfər edib.
"Bakupost" xarici mediaya istinadən xəbər verir ki, Netanyahu səfər çərçivəsində BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.
Məlumata görə, İsrailin Baş naziri BƏƏ-yə israilli iş adamına məxsus şəxsi təyyarə ilə uçub. Bildirilib ki, bu, Netanyahunun İranla müharibə zamanı Əbu-Dabiyə əvvəlki səfərində istifadə etdiyi təyyarədir.
Səfər “Haaretz” qəzetinin yaydığı məlumatdan sonra baş tutub. Qəzetin iddiasına görə, Netanyahu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın həyata keçirdiyi hücum ərəfəsində BƏƏ prezidentindən telefonla xəbərdarlıq alıb. Lakin nəşrin məlumatına görə, İsrailin Baş naziri bu xəbərdarlığı ölkənin kəşfiyyat xidmətlərinə çatdırmayıb.