Ru
23:15 / 05 Avqust 2025

Netanyahu Qəzza ilə bağlı üç saatlıq görüş keçirdi

Netanyahu Qəzza ilə bağlı üç saatlıq görüş keçirdi
Eye

İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələləri ilə bağlı qapalı iclas keçirib. Görüş üç saata yaxın davam edib.

Bakupost.az xəbər verir ki, bu barədə hökumət başçısının Dəftərxanası məlumat yayıb.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında gələcək fəaliyyət variantlarını təqdim edib. İsrailin Müdafiə Ordusu hərbi-siyasi kabinetin qəbul etdiyi istənilən qərarı icra etməyə hazırdır.

Daha əvvəl "Ynet" saytı mənbələrə istinadən yazıb ki, siyasi rəhbərlik Qəzza zolağının tam işğalı ilə bağlı qərara yaxındır. Mənbələrdən birinə görə, girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib və hərbi yolla həlldən qaçmaq mümkün olmayıb. Eyni zamanda, Baş Qərargah rəisi də daxil olmaqla hərbi rəhbərlik bu addıma qarşı çıxıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar