İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə hərbi münaqişə ehtimalını şərh edərək bildirib ki, İsrail artıq Suriyada Türkiyə hərbi mövcudluğunun genişlənməsinin qarşısını almaq üçün tədbirlər görüb.
“Bakupost” “C14 News”un məlumatına əsasən xəbər verir ki, Ankara Suriya hava bazasında dayaq nöqtəsi yaratmağı planlaşdırırsa da, İsrail bu planları pozmağa nail olub.
Netanyahu Türkiyə ilə birbaşa qarşıdurmanın qarşısının alınacağına ümid etdiyini bildirərək, bunun üçün səylər göstərdiyini də vurğulayıb. O, həmçinin ABŞ Prezidenti Donald Trampla Türkiyə rəhbərliyi ilə bağlı fikir ayrılıqlarının olduğunu da etiraf edib.
Rüfət Sultan,
BakuPost