Sizə yalnız bir şey deyə bilərəm. Xeyr, bunu İran rəhbərliyinə deyəcəyəm: Bizə hücum etsəniz, sakitliyin hökm sürəcəyini düşünməyin.
"Bakupost" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Bunun əvvəlki hadisənin təkrarı olacağını da gözləməyin. Çünki bu dəfə elə olmayacaq. Sonuncu cavabımız kifayət qədər güclü idi. Bu dəfə isə fərqli olacaq - daha güclü.
Bizə zərbə endirib əvəzində ikiqat sərt cavab almayacağınızı düşündüyünüz günlər artıq geridə qalıb”, - o bildirib.