Ru
14:54 / 19 May 2026

“Netanyahuya izah etməyə çalışdım ki, iranlılar iraqlılar kimi deyil” - Robert Qeyts

“Netanyahuya izah etməyə çalışdım ki, iranlılar iraqlılar kimi deyil” - Robert Qeyts
Eye

2006–2011-ci illərdə ABŞ Müdafiə Nazirliyinə rəhbərlik etmiş Robert Qeyts İranın nüvə proqramının ABŞ üçün yaxın və ciddi təhlükə yaratmadığını bildirib.

Bakupost.az-ın məlumatına görə, “CBS News”a danışan Qeyts qeyd edib ki, ABŞ-nin istədiyi nəticəyə hərbi müdaxilə ilə yox, yalnız müzakirələrlə nail olmaq mümkündür. O, quru əməliyyatının lazım olmadığını vurğulayıb. Aparıcının “ABŞ prosesdən çəkilib məsələni İsrailə buraxa bilərmi” sualına keçmiş nazir qəti cavab verib:

“ABŞ geri çəkilməyəcək, İsrail də bunu təkbaşına həll edə bilməz”.

Robert Qeyts bildirib ki, İranın nüvə ambisiyalarının qarşısını almağın ən real yolu diplomatiyadır. O, Donald Trampın prosesdən tam çəkiləcəyinə inanmadığını da əlavə edib. Keçmiş nazir həmçinin İranın nüvə proqramının “təcili təhlükə” olmadığını deyərək, ABŞ-nin daha əvvəl İranın nüvə obyektlərini bombaladığını xatırladıb. Onun sözlərinə görə, əsas problem əməliyyatların nəticələrinin və vaxtının düzgün hesablanmaması olub.

Qeyts İsrailin baş naziri Benyamin Netanyahunun İranla bağlı mövqeyini də tənqid edib. O bildirib ki, Netanyahu hələ 2009-cu ildə ona İran barədə eyni fikirləri söyləyib. Həmin vaxt da İsrailin İranın müqavimət gücünü düzgün qiymətləndirmədiyini düşünüb.

“Mən ona izah etməyə çalışdım ki, iranlılar iraqlılar və suriyalılar kimi deyil. İraqda və Suriyadakı enerji bloklarını vurdular, bu iki ölkədən səs çıxmadı. Netanyahu İranın da belə olacağını düşünürdü” – deyə, sabiq müdafiə naziri qeyd edib.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar