Ru
15:22 / 21 İyul 2026

“Netflix” 587 milyon dollara süni intellekt şirkəti aldı

“Netflix” 587 milyon dollara süni intellekt şirkəti aldı
Eye

“Netflix” aktyor və rejissor Ben Afflekin həmtəsisçisi olduğu süni intellekt əsaslı film istehsalı şirkəti “InterPositive”i 587 milyon dollara alıb.

“Bakupost” xəbər verir ki, “InterPositive” film və serial istehsalında, xüsusilə post-prodakşn mərhələsində istifadə olunan süni intellekt alətləri hazırlayır. Şirkətin texnologiyası çəkiliş zamanı yaranan işıqlandırma, fon və digər texniki çatışmazlıqların aradan qaldırılmasına kömək edir.

“Netflix” bildirib ki, “InterPositive”in bütün əməkdaşları şirkətə qoşulacaq, Ben Afflek isə baş məsləhətçi kimi fəaliyyət göstərəcək.

Şirkətin maliyyə hesabatına əsasən, “Netflix” hazırda təxminən 300 film və serial istehsalında generativ süni intellekt texnologiyalarından istifadə edir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar