Ru
09:40 / 30 İyul 2026

Nigar Camal əməliyyat olundu, konserti təxirə salındı

Nigar Camal əməliyyat olundu,  konserti təxirə salındı
Eye

Müğənni Nigar Camal təcili əməliyyat olunub.

"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, hazırda reabilitasiya prosesində olduğunu bildirib:

"Bu gün gözlənilmədən evdə xəsarət aldım. Hazırda reabilitasiya prosesindəyəm. Tezliklə ayağa qalxacağam. Köməyimə tez çatan Təcili Tibbi Yardım əməkdaşlarına, əməliyyatımı həyata keçirən həkimlərə və tibb işçilərinə peşəkar davranışlarına görə təşəkkür edirəm".

İfaçı xəsarət səbəbindən iyulun 31-də keçirilməsi planlaşdırılan konsertinin təxirə salındığını da açıqlayıb:

"Təəssüflə bildirirəm ki, 31 iyulda keçiriləcək konsertimizi təxirə salırıq. Tezliklə yeni tarixi açıqlayacağıq. Həmçinin digər tədbirlərdə də iştirakımız mümkün olmayacaq. Özünüzü qoruyun və ehtiyatlı olun".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar