Nigeriyanın şimal-qərbindəki Sokoto əyalətində cümə axşamı günü həddindən artıq yüklənmiş qayığın çevrilməsi nəticəsində əksəriyyəti uşaqlar olmaqla ən azı 50 nəfər ölüb.
"Bakupost" xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məlumata görə, hadisə Qoronyo yerli hökumət ərazisindəki Gorau yaxınlığında baş verib və xilasetmə işləri davam edir.
Yerli sakinlərdən biri qayığın ferma sahiblərini və düyü yığımı üçün muzdlu işçiləri daşıdığını və qayıq aşanda 70-dən çox insanın olduğunu bildirib.
Ölənlərin çoxunun uşaq olduğu deyilir.