Ru
14:16 / 09 Oktyabr 2025

Niki Minajın ABŞ-dən qovulması tələb olunur

Niki Minajın ABŞ-dən qovulması tələb olunur
Eye

ABŞ-də reper Niki Minajın deportasiya edilməsi xahişi ilə petisiya hazırlanıb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, petisiyanın müəllifləri reperin vətəni Tailanda sürgün olunmasını istəyirlər. Onların fikrincə, artist ABŞ qanunlarını və əxlaq normalarını görməzdən gəlir.

Petisiyada deyilir: "Onun qeyri-adekvat davranışı buna gətirib çıxarıb ki, tamamilə günahsız nüfuzlu Amerika ailəsini - Karterləri təqib etməyə başlayıb. Təqib üçün hər hansı ciddi səbəbi olmasa da, daimi hücumları ilə bu ailəni stresə salıb və həyatını məhv edib...

Bu, sadəcə şəxsi inciklik deyil, həm də ictimai əks-səda doğuran məsələdir. Nüfuzlu statusu ona qanunu və əxlaq qaydalarını pozmaq haqqı vermir. Hərəkətləri göstərir ki, o, təkcə hücum etdiyi adamlara deyil, həm də bütövlükdə cəmiyyətə təhlükə yaradır".

Minajın əri Kennet Petti cinsi zorakılıqda şübhəli bilinir. İddia edilir ki, müğənni ərinin qurbanlarını təhdid edir.

Sözügedən petisiyanı 456 adam imzalayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar