“Niyə mətbuat vacib bir problemi işıqlandırmır?! Quru sərhədləri bağlı ola-ola, ölkədəki xarici vətəndaşlara, qeydiyyatı olduqları xarici ölkələrə üç aydan bir torpaqbasdı hökmü verilib. Əks halda deport. Amma, vacib bir məqam unudulub. Onların arasında fəhləliklə məşğul olan, kasıb etnik azərbaycanlılar zərər çəkir”.
Bakupost.az xəbər verir ki, bu barədə bəstəkar-müğənni Murad Arif sosial şəbəkə hesabında paqylaşım edib:
Onun sözlərinə görə, fəhlə, usta, imkansız və çoxuşaqlı ailəsi olan həmyerlilərimiz hər üç aydan bir od qiymətinə təyyarə bileti almağa məcbur qalır.
“Məsələn, bir Gürcüstan azərbaycanlısı olan fəhlə qazandığı qəpik-quruşla 3-5 nəfərlik ailəsini hər üç aydan bir Gürcüstana Keçirməlidir... Pandemiyadan öncə bu problem olmayıb. Çünki, quru sərhədlər maddi baxımdan münasib idi. İndi bu yazıq insanlar nə etsin? Bu kateqoriyaya düşən, imkansız adamlar necə ödəsin təyyarə biletlərini? Biz soydaşlarımızı düşünərək, heç olmazsa, bu torpaqbasdını ildə bir dəfə edə bilməzdikmi? Niyə insanyönümlü ola bilmirik axı?”.
Lalə,
BakuPost