Azərbaycanda xərçəng xəstəliyinə tutulan xəstələrin sayı təəssüf ki, ildən ilə artır.
Bakupost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yenitörəməli xəstələrin ümumi sayı 74 004 nəfər olub.
Qeydiyyatda olan xəstələrin 28 026-sı kişi, 45 978-i qadındır.
Bu isə onu göstərir ki, xərçəng xəstəliyi daha çox qadınlar arasında yayılır.
Tibb elmləri doktoru Adil Qeybulla
Bakupost.az-a bildirib ki, xərçəng xəstəliyinə yoluxanlar arasında qadınların sayının çox olması onların həyat tərzinin dəyişməsi və yalnız xanımlara aid olan xəstəliklərin xeyli genişlənməsilə əlaqədardır:
“Əslində bu statikstika ayrı-ayrı xəstəliklər üzrə fərqlidir. Ağ ciyər xərçəngi kişilərdə qadınlarla müqayisədə daha çoxdur. Sadəcə qadınlarda uşaqlıq boynu, uşaqlığın cismi, yumurtalıq və süd vəzi xərçəngi xeyli genişlənib. Nəticədə bu vəziyyət statistikaya ciddi təsir edib. Məsələ ondadır ki, qadınların həyat tərzi kişilərə nisbətən artıq az fərqlənir. Qadınların xeyli hissəsi alkaqol qəbul edir, siqaret, qəlyan çəkir. Bunlar da konsragen faktorlar kimi öz təsirini göstərir. Ankoloji xəstələrin ümumi sayı günü-gündən artır. Hazırda yoğun bağırsaq xərçəngi ön sıraya keçib. Nə qədər ki, qidalanma və ekoloji problemlər qalır, belə xəstələrin sayı da getdikcə artacaq”.
Rüfət Sultan, BakuPost