Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə mərkəzin X hesabında məlumat yayılıb.
Qeyd olunub ki, vəfat etməzdən əvvəl o, işgüzar məsələlərlə əlaqədar Türkiyədə olub və mərkəz nümayəndələrinin beynəlxalq konfransda iştirakının təşkili ilə məşğul olub.
Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsisçilərindən biri olub və qurumun yarandığı ilk günlərdən ona rəhbərlik edib.