ABŞ Prezidenti Donald Tramp Norveçin Baş Naziri Yonas Qar Störeyə məktub ünvanlayıb.
Bakupost.az “Sky News”ə istinadən xəbər verir ki, Tramp məktubda dünya sülhünə dair mövqeyinin dəyişdiyini bildirib, ABŞ-nin milli maraqlarını prioritet hesab etdiyini vurğulayıb.
“Sizin ölkəniz mənə 8 müharibəni dayandırdığıma görə Nobel Sülh Mükafatını vermədiyindən, artıq yalnız sülh barədə düşünmək öhdəliyim yoxdur. Sülh həmişə önəmli olacaq, lakin indi ABŞ üçün yaxşı və düzgün olanı düşünməliyəm”, – deyə Tramp məktubda yazıb.
Bu açıqlama Trampın beynəlxalq rollarından daha praqmatik və milli maraqlara yönəlmiş mövqeyə keçdiyini göstərir.
ABŞ prezidenti məktubunda Qrenlandiya məsələsinə də toxunub:
“Danimarka bu torpağı Rusiya və ya Çin-dən qoruya bilməz, niyə onlar “mülkiyyət haqqına” malik olmalıdır? Yazılı sənəd yoxdur. Biz yalnız bilirik ki, yüz illər əvvəl bir gəmi oraya çatıb, amma bizim də gəmilərimiz oraya gəlib”.
“Mən NATO-ya qurulduğu vaxtdan bəri hər kəsdən daha çox xidmət etmişəm, indi isə NATO ABŞ üçün bir şey etməlidir. Əgər biz Qrenlandiya üzərində tam və tam nəzarət sahibi olmasaq, dünya təhlükəsiz olmayacaq”, – Deyə Trampın məktubunda qeyd olunub.
Baş nazir Yonas Qar Störe məktubu aldığını təsdiqləyib və bildirib ki, bu ABŞ-nin Norveç və digər Avropa ölkələrinə tətbiq etdiyi gömrük rüsumları və Qrenlandiyaya qoşun göndərmə məsələsinə cavabdır. Baş nazir “söz mübadiləsində gərginliyin azaldılmasının” vacibliyini vurğulayıb.
Cavid, BakuPost