Ru
14:30 / 10 Oktyabr 2025

Tramp Nobel qərarına etiraz etməməlidir - ŞƏRH

Tramp Nobel qərarına etiraz etməməlidir - ŞƏRH
Eye

"Nobel sülh mükafatı Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya verildi.Maria Maçado qəddar diktaturaya qarşı mübarizədə son illər önə çıxmış cəsur siyasətçidir".


Bakupost.az xəbər bu sözləri siyasi şərhçi Şahin Cəfərli bildirib.


"Maduro rejimi onu 2024-cü il prezident seçkilərinə buraxmadı. Maçadonun dəstəklədiyi namizəd, diplomat Edmundo Qonzalez seçkiləri əslində qazansa da, Maduro saxta rəqəmlərlə özünü yenidən prezident elan etdi. Seçkidən sonra keçirilən etiraz aksiyaları zamanı Maria Maçado oğurlanaraq bir müddət girov saxlanılmışdı.


Tramp gəldikdən sonra ABŞ Nikolas Maduronu narkoterrorizmdə ittiham edərək onun yaxalanması üçün təyin olunan məbləği iki dəfə artırıb və 50 milyon dollara qaldırıb. ABŞ hökumətinin məlumatına görə, Nikolas Maduro narkotrafiklə məşğul olan "Cartel de los Soles" (Günəş karteli) adlanan qruplaşmanın lideridir. ABŞ hərbi donanması son aylar Karib hövzəsində narkotik daşıyan gəmilərə zərbələr endirir.

Prinsipcə, Tramp mükafatın Venesuela müxalifət liderinə verilməsinə etiraz etməməlidir. Bir il sonrakı mükafatın laureatı olmaq üçün Trampın şansı var".

Lalə, Bakupost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar