Ru
13:46 / 09 Oktyabr 2026

Nobel Sülh Mükafatını alan Pilley kimdir?

Nobel Sülh Mükafatını alan Pilley kimdir?
Eye

2026-cı il Nobel Sülh Mükafatına Navanethem “Navi” Pilley layiq görülüb.

"Bakupost" xəbər verir ki, əslən tamil olan Navanethem Pilley 1941-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində anadan olub.

1967-ci ildə o, Natal əyalətində hüquqşünaslıq fəaliyyətinə başlayan ilk qeyri-ağdərili qadın olub. Pillay aparteid əleyhinə fəalları müdafiə edib və hakimiyyət orqanlarının işgəncə və repressiya üsullarından istifadəsini ifşa edib.

O, həmçinin Cənubi Afrika Ali Məhkəməsində vəzifə tutan ilk qeyri-ağdərili qadın olub. Beynəlxalq Cinayət Məhkəməsində hakim kimi fəaliyyət göstərib və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının sədri olub.

Navanethem Pilley 1967-ci ildən 1995-ci ilə qədər Cənubi Afrika Ali Məhkəməsində vəkil kimi fəaliyyət göstərib, 1995-ci ildə isə ölkənin Ali Məhkəməsinin hakimi olub.

Navi Pilley mərkəzi ofisi Nyu Yorkda yerləşən və qadın hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq "Bərabərlik" təşkilatının həmtəsisçisidir.

2008-2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı kimi fəaliyyət göstərib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar