Dünən axşam Qazaxıstan vətəndaşı Rusiya radiosuna basqın edib.
Bakupost.az xəbər verir ki, Sankt-Peterburqda fəaliyyət göstərən “Şok” radiostansiyasının ofisinə girən Nurlan adlı şəxs aparıcını vurub və efirə buraxılmayacağı halda özü ilə gətirdiyi bombanı partladacağını bildirib.
O, mikrofonu işə salmağa çalışarkən studiyada qonaq olan Qleb Stafeyev onunla söhbət etməyə müvəffəq olub.
Dialoq zamanı pul istəmədiyini deyən Nurlan yalnız danışmaq niyyətində olduğunu deyib. Nurlan mikrofonu açan kimi Moskvaya atom bombalarının atılmasının “zəruri olduğunu” və Xüsusi Hərbi Əməliyyatın dayandırılmasına çağırış edib.
Lakin Qazaxıstan vətəndaşı çağırışı bitirməyə imkan tapmadan polis hadisə yerinə çatıb. Nurlan müqavimət göstərmədən təslim olub və "bomba"nı partlatmayıb. Sonradan bəlli olub ki, onun yanında ümumiyyətlə, bomba olmayıb. Qeyd olunur ki, o, oktyabr ayında da başqa bir Peterburq radiostansiyasına – “Piter FM”-ə Xüsusi Hərbi Əməliyyat əleyhinə şüarlarla daxil olub.
İndi isə yerli KİV-lərin məlumatına görə, onun işi ilə FTX məşğul olur.
Cavid, BakuPost