Ru
18:15 / 17 İyun 2026

“O, müharibəni dayandırmaq istəmir” - Zelenski

“O, müharibəni dayandırmaq istəmir” - Zelenski
Eye

“Ukrayna 2026-cı ilin sonunadək azı 10 milyon dron istehsal edəcək, lakin bu göstəricini ikiqat artırmaq imkanı var”​.


Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Böyük yeddilik” (G7) sammiti çərçivəsində keçirilən görüşlərin yekunları haqqında danışarkən bildirib.


Onun sözlərinə görə, ölkədə həmçinin “MilTech” - pilotsuz sistemlərin, robototexnikanın, proqram təminatının, süni intellekt əsaslı həllərin və radioelektron mübarizə vasitələrinin işlənib hazırlanmasını əhatə edən hərbi texnologiyalar sahəsində irəliləyiş müşahidə olunur.

Ukraynanın uzaqmənzilli dronlarla Rusiyadakı enerji və hərbi hədəflərə zərbələr endirməyə davam edəcəyini bildirən Zelenski müttəfiqləri Rusiya Prezidenti Vladimir Putini sülhə daha fəal şəkildə məcbur etməyə çağırıb.

“O, müharibəni dayandırmaq istəmir. Ona təzyiqi gücləndirmək lazımdır”, - Ukrayna lideri söyləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar