Ru
10:30 / 18 Mart 2026

Ofisiant robot xarab oldu - Restoranda xaos yaratdı - VİDEO

Ofisiant robot xarab oldu - Restoranda xaos yaratdı - VİDEO
Eye

ABŞ-ın Kaliforniya ştatında yerləşən “Haidilao” restoranlar şəbəkəsinin filialında robot-ofisiantın nasazlığı qeyri-adi hadisəyə səbəb olub.

Bakupost.az NDTV.com-a istinadən xəbər verir ki, hadisə zamanı müştərilərə xidmət göstərən robot qəfil nəzarətdən çıxaraq nizamsız hərəkətlər etməyə başlayıb. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə cihazın zalda sanki “rəqs edirmiş kimi” hərəkət etdiyi, qab-qacağı aşırdığı və müştərilərin diqqətini çəkdiyi görünür.

Şahidlərin sözlərinə görə, robot verilən komandalara reaksiya verməyib və bir müddət tam idarəsiz vəziyyətdə qalıb. Nəticədə restoran əməkdaşları müdaxilə edərək onu dayandırmağa məcbur olublar. Robot yalnız söndürüldükdən sonra dayanıb.

Texniki nasazlıqla səbəbindən baş verən hadisə xamanı xoşbəxtlikdən xəsarət alan olmayıb, yalnız qab-qacaq sınıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb. İstifadəçilər robotun davranışını zarafatla “işdən yorulub rəqs etməyə başladı” kimi şərh etsələr də, bir çoxları bunu xidmət sektorunda robotların istifadəsi ilə bağlı potensial risklərin nümunəsi kimi qiymətləndirib.

Mütəxəssislər bildirirlər ki, belə hallar nadir olsa da, avtomatlaşdırmanın genişlənməsi fonunda təhlükəsizlik məsələləri daha çox diqqət tələb edir. Xüsusilə fövqəladə hallarda dərhal müdaxilə və söndürmə mexanizmlərinin mövcudluğu vacib hesab olunur.

Bu hadisə göstərir ki, gündəlik həyatda robot texnologiyalarının tətbiqi artsa da, onların etibarlı və təhlükəsiz işləməsi daim nəzarətdə saxlanmalıdır.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar