Ru
14:30 / 15 Oktyabr 2026

“Oğlumun ürəyində problem yox idi” – Əməliyyatdan bir il sonra vəfat edən Rəşadın anası - VİDEO

“Oğlumun ürəyində problem yox idi” – Əməliyyatdan bir il sonra vəfat edən Rəşadın anası - VİDEO
Eye

“Rəşad yaşamaq eşqində idi. Biz ona 50 il ömür arzulamışdıq...”

"Bakupost" xəbər verir ki, bu sözləri ürək transplantasiyasından bir il sonra vəfat edən Rəşad Məmmədəliyevin anası Baku TV-yə müsahibəsində deyib.

O, oğlunun vəfatından əvvəlki günlərdən danışaraq bildirib ki, Rəşad evlənməyə hazırlaşırmış:

“İstədiyi qız da gəlmişdi. Elçi gedib o qızı alacaqdı. Hər şey yarımçıq qaldı... Tərbiyəli, ağıllı uşaq idi. Analizlərini vermək üçün özü gedib-gəlirdi.
Yolda, deyəsən, təzyiqi qalxıb, yıxılıb və başı betona dəyib. Rəşadın ürəyində heç bir problem yox idi”.

Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilmişdi. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülmüşdü.

Bir neçə gün əvvəl müayinə üçün Bakıya gedən gəncin yolda vəziyyəti qəfil pisləşib. Nəticədə, 20 yaşlı Rəşad Məmmədəliyev vəfat edib.

Lalə, BakuPost



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar