Ru
23:05 / 29 Sentyabr 2026

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
Eye

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb.


"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb.

Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:

“Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkən həm fəxr edirəm, həm qürur duyuram, həm də bir ana kimi kövrəlirəm. Sənin parlaq gələcəyin mənim ən böyük sevincimdir.

Unutma ki, hara getsən də, mənim dualarım, sevgim hər zaman səninlədir. Çətinliklərdən qorxma, hər zaman dik dur və hədəflərinə doğru inamla irəlilə. Özünü qoru, dərslərinə sarıl və hər zaman bizə sənə inanmağın nə qədər doğru olduğunu sübut et. Yolun açıq olsun, gözümün nuru”.

Qeyd edək ki, Damla Amerikada təhsil alan oğlunu aylarla görə bilmədiyini açıqlamışdı. İfaçı bunun ABŞ səfirliyinin ona viza verməməsi ilə bağlı olduğunu bildirmişdi. Onun sözlərinə görə, bir dəfə viza alsa da, daha sonra səfirlik tərəfindən ona viza verilməsinə qadağa qoyulub.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar