Amerikalı musiqi əfsanəsi Frenk Sinatra dünyaya yalnız mahnılarını deyil, həm də səmimi hislərlə dolu məktublarını miras qoyub.
Bakupost.az -ın New York Post-a istinadən məlumatına görə, bu nadir məktublardan biri 1964-cü ildə Frenk Sinatranın oğlunun oğurlanmasından sonra qələmə aldığı 6 səhifəlik məktubdur. O, Bonhams hərrac evinin “Unplugged & Unforgettable Music Auction” adlı hərracında satışa çıxarılacaq.
Məktub həbsxana ruhani keşişi Frenk Rodjer Şmitə ünvanlanıb. Sinatra məktubda 1963-cü ildə baş vermiş oğurluq hadisəsi ilə bağlı sarsıntı və qəzəbini ifadə edir. O, FTB-nin köməyi ilə 240 000 dollar girov ödəyərək oğlunu sağ-salamat geri qaytara bilmişdi.
Maraqlıdır ki, cinayətkarlar sonradan kiçik Frenkin guya məşhur olmaq üçün oğurluğu özü təşkil etdiyini iddia etmişdilər. Məktubda Sinatra bu böhtanı qəti şəkildə təkzib edir:
“Onların bu “səhnələşdirmə” versiyasını dəstəkləməsi, mənim fikrimcə, cəmiyyətə qarşı əlavə bir cinayətdir. Oğlumun üzərindəki bu şübhə kölgəsi onun həyatına və karyerasına uzun müddət mənfi təsir göstərəcək.”
Məktub ailədə özünəməxsus tarixçəyə görə qorunub saxlanılıb. Bu 6 səhifəlik məktubun 30 000 dollara yaxın qiymətə satılacağı gözlənilir.
Aysel,
BakuPost