Ru
16:28 / 24 İyul 2026

Oğlunu şəhid verən ana qızına həyat verdi – Böyrəyini bağışladı

Oğlunu şəhid verən ana qızına həyat verdi –  Böyrəyini bağışladı
Eye

44 günlük Vətən müharibəsində oğlunu itirən ana bu dəfə digər övladının yaşaması üçün böyük fədakarlıq edib.


“Bakupost” xəbər verir ki, bu barədə həkim-cərrah Eldar Əhmədov sosial şəbəkə hesabında paylaşım edib.

Həkimin sözlərinə əsasən, Gülşən xanım xroniki böyrək çatışmazlığından əziyyət çəkən qızına donor olub. O bildirib ki, üç gün əvvəl həyata keçirilən böyrək transplantasiya əməliyyatı uğurla başa çatıb.

“Kreatinin dəyəri 5.6 mqldl-dən 0.96 mq/dl-ə qədər düşdü. Özlərini yaxşı hiss edirlər. Müalicəsi davam edir. Allah şəfa versin. Əməyi keçən hər kəsə təşəkkür”, - deyə həkim qeyd edib.

Lalə,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar