Ru
12:30 / 17 İyul 2026

Oğuzhan Uğur da saxlanıldı

Oğuzhan Uğur da saxlanıldı
Eye

Türkiyədə "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.

“Bakupost” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, o, "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Onunla birlikdə daha 6 nəfər də nəzarətə götürülüb.

İstintaq biznesmen Cem Başaranın şikayəti əsasında aparılır. Şikayətdə "Ahbap" Dərnəyinin rəhbəri Haluk Levent və digər şübhəlilərin "kimsəsiz qız tələbələr üçün yataqxana tikiləcəyi" vədi ilə təxminən 60 milyon dollar dəyərində daşınmaz əmlakı dələduzluq yolu ilə ələ keçirdiyi iddia olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl Haluk Levent də eyni istintaq çərçivəsində saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Xanım Səbuhi,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar