Ru
18:23 / 24 Oktyabr 2026

Öldürülən Ceyhun Əhmədlə dost olub: Oğluna görə... - Dəhşətli DETALLAR BİLİNDİ

Öldürülən Ceyhun Əhmədlə dost olub: Oğluna görə... -  Dəhşətli DETALLAR BİLİNDİ
Eye

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib. Hadisəyə görə 9 nəfər saxlanılıb, onların arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var.

"Bakupost" Xitab24.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində qətlə yetirilən Ceyhun Əhmədin dostu olub.

Ceyhunun ölümünə səbəb olan bıçaq zərbələrini deputatın oğlu yox, Şəmkirdən olan Emin adlı şəxs və onun tanışı endirib.

Məlumata görə, tərəflərin mübahisəsi Ceyhunun oğluna qarşı edilən hərəkətə görə qarşı tərəfdən birinə şillə vurması olub. Nəticədə tərəflər mübahisəyə sözügedən kafedə aydınlıq gətirməyə toplaşıblar. Arzuxan Əlizadənin oğlu da dostu Ceyhunla birlikdə məsələni aydınlaşdırmaq üçün həmin məkanda olublar. Mübahisənin sonu isə qanla başa çatıb.


Qeyd edək ki, Əhməd Əlizadə daha öncə məhkumluq həyatı yaşayıb.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar